Qazax qızlar azərbaycanlı oğlana görə bir-birini qırdı
Bizi izləyin

Qırmızı.az

Qazax qızlar azərbaycanlı oğlana görə bir-birini qırdı

Türkiyənin Belek şəhərindəki kurortlardan birində qazax qızlar azərbaycanlı oğlana görə bir-birini qana bulayıb. Məlumatına görə, bu barədə hadisənin şahidi olan Qazaxıstan parlamentinin deputatı Svetlana Romanovskaya sosial şəbəkədə yazıb.

S. Romanovskaya bu statusu paylaşıb: “Azərbaycandan olan oğlana görə bizim ölkədən olan iki qızın bir-biri ilə qanları axanadək necə dalaşdıqlarını izlədim... Polis çağırdılar... Bütün otel 4 gündür ancaq bu barədə danışır”.

Deputatın sözlərinə görə, davadan azərbaycanlı oğlan da payını alıb. Belə ki, dalaşan qızlardan birinin anası azərbaycanlı oğlanı döyüb.

Svetlana Romanovskaya dalaşanları ayırdığı üçün video çəkə bilmədiyini təəssüflə qeyd edib: "Mən də bu qırğını dayandırmağa çalışdım, ona görə də video yoxdur”. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm