Qırmızı.az
Gənc əsgərlər and içdilər (VİDEO)
Bu gün milli ordunun gənc əsgərləri vətənin keşiyində
layiqincə duracaqlarına sədaqət andı içdilər. Hərbi hissə komandiri
Rövşən Əkbərovun iştirakı ilə Gəncədə əsgərlərin and içmə mərasimi
keçirilib. Burda həm də hərbi ixtisas kursunu başa vuran qadın
hərbçilərə sertifikatlar təqdim edilib.
ANS TV-nin Gəncə bürosunun məlumatına görə, and içmə mərasimi hərbi
hissənin döyüş bayrağının meydana gətirilməsilə başladı.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov
müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu
gənc əsgərlərə oxudu. Onları ordu sıralarına daxil olmaları
münasibətilə təbrik etdi.
Hərbi hissə komandiri əvəzi Daşqın Bənnayev də əsgərlərə vətənin
keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl
yiyələnmələrini tövsiyyə etdi. Hərbi andı qəbul etmək üçün gənc
əsgərlər təyin olunmuş yerlərə keçdilər və vətənə sədaqət andı
içdilər.
Əsgərlər Vətənin keşiyində mətin dayanacaqlarına söz verdilər.
And içmə mərasimində əsgər valideynləri də onlara dəstək
oldular.
General-leytenant Rövşən Əkbərov ilk hərbi ixtisas kursunu başa
vuran müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbçilərə də
sertifikatları təqdim etdi. Hərbi hissənin xüsusi təyinatları isə
öz bacarıqlarını göstərdilər.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!