Qırmızı.az
Bu, Azərbaycan media mühiti üçün çox mütərəqqi hadisədir - Deputat
Azərbaycan Prezidenti İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bu, o deməkdir ki, bundan sonra medianın inkişafı üçün yeni imkanlar pəncərəsi açılmış olacaq.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputat bildirib ki, xüsusilə belə bir qanunun qəbul edilməsi ona görə zəruri idi ki, Azərbaycan dövləti, onun ali siyasi lideri yeni tarixi reallıqlar yaradıb: “Yeni tarixi reallıqlar fonunda həllini gözləyən yeni məsələlər ortaya çıxıb. Bu prosesdə informasiyanın yeri və rolu daha da artıb. Nəticə etibarilə bizim mediamız bu yeni reallıqlara adekvat reaksiya verməlidir. Eyni zamanda, həllini gözləyən məsələlərin həllində öz töhfəsini verməlidir. Xüsusilə də unutmayaq ki, Ermənistanla Azərbaycan arasında müharibə başa çatsa da, iki müharibə hələ də davam etməkdədir. Birincisi, bu, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsidir, ikincisi isə mina müharibəsidir. Bu reallıqlar fonunda Azərbaycan mediasının qarşısında yeni reallıqlar, yeni üfüqlər açılmış olur”.
E.Nəsirov qeyd edib ki, “Media haqqında” Qanunun qəbul edilməsi nəticəsində media nümayəndələrinin sosial rifahının müdafiəsi üçün çox böyük imkanlar yaranmış olur: “Xüsusilə də qanunda media təmsilçiləri ilə bağlı konkret şərtlər göstərilib. Jurnalistlərin mənzillərlə təmin olunması üçün ipoteka kreditlərinin verilməsi da burada öz əksini tapıb. Bununla media işçilərinin ev almaq üçün müxtəlif rıçaqlardan istifadə etməklə, onların bu probleminin həllinə dəstək vermək məsələləri ön plana çıxır. Həmçinin, azad media üçün yeni imkanlar açılır. Hesab edirəm ki, bu qanunun qəbul edilməsi Azərbaycanın media mühiti üçün çox mütərəqqi hadisədir. Bundan bütün cəmiyyətimiz qazanır, ən çox bu qərardan qazanan isə jurnalistlərimizdir”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO