Bakıda mağaza sahibini tapança ilə hədələdilər
Bizi izləyin

Qırmızı.az

Bakıda mağaza sahibini tapança ilə hədələdilər

Səbail rayonu ərazisində yerləşən “Komputex” mağazasında oğurluğa cəhd göstərən Gürcüstan vətəndaşı tutulub.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata əsasən, mağazadan noutbuk oğurlamaq istəyən Ramil Həsənov anidən mağaza sahibi Əhməd Nacizi ilə rastlaşıb. Bu zaman üzərində olan tapança ilə onu hədələyib və hadisə yerindən qaçaraq canını qurtarıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar yaxalanıb. Hadisəni törədən R. Həsənov istintaqa ifadəsində bildirib ki, cinayəti imkansızlıq üzündən törədib.

Onun istifadə etdiyi qaz tapançası 6 ədəd patronu ilə birlikdə polisə təqdim olunub.

Faktla bağlı cinayət işi açılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm