Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırıldı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral tarixli müvafiq Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb.

Dövlət Miqrasiya Xidmətindən (DMX) Publika.az-a bildiriblər ki, bu ölkələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 nömrəli Qərarında (http://e-qanun.az/framework/47549) göstərilib. Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVID-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.

Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin hazırki tələbləri nəzərə alınaraq, fevralin 17-dən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcək.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini hava yolu və ya öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm