Qırmızı.az
Həbsdə ölən icra başçısının üzərindən həbs götürülən əmlaklarının SİYAHISI
Ağstafa rayonunun həbs müddətində vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub.
Publika.az "Trend"ə istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları - Goranboy rayonu, aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan 0.08 ha torpaq sahəsi, Goranboy şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası, Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min 395 manat olan qeyri yaşayış binası, Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri yaşayış binasıdır.
Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, Ramiz Tatarovun isə cəzası 8 il 3 aya endirilib.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz