Bakıda ruhi xəstə özünü binadan atmaq istəyir
Bizi izləyin

Qırmızı.az

Bakıda ruhi xəstə özünü binadan atmaq istəyir

Bakının Nizami rayonunda qadın yaşadığı binada intihara cəhd etmək istəyir. Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Rüstəmov küçəsi, 25 ünvanında baş verir.

Məlumata görə, bir qadın yaşadığı binada balkona çıxıb və intihara cəhd etmək istəyir. Hadisə yerinə Nizami rayon Polis İdarəsinin, 25-ci polis bölməsinin və Fövqəlada Hallar Nazirliyinin xilasediciləri gəlib. Qadınla danışıqlar gedir.

25-ci polis bölməsindən Teleqraf.com-a bildiriblər ki, qadın ruhi xəstədir. “Həmin qadın özü-özünə danışır. Hazırda əməliyyat qrupu hadisə yerindədir”, -deyə bölmədən deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm