Yollar qardan təmizlənir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yollar qardan təmizlənir - FOTOLAR

Yollar qardan təmizlənir

Qış fəsli bəyaz qarı ilə daha füsunkardır, gözəldir. Hamımızın səbirsizliklə gözlədiyimiz qarın yağması təbiəti ağ libasa bürüyərək poetik mənzərə yaratmaqla, bir sıra çətinliklər də gətirir.

Şəhərimizdə dünəndən başlayaraq hələ də yağan qar hərəkəti xeyli çətinləşdirib, yollar buz bağlayb.

Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyi tərəfindən səhər tezdən həyata keçirilən tədbirlər nəticəsində mövcud çətinliklər aradan qaldırılıb.

Yollara, küçə və prospektlərə qarın əriməsi üçün duz, torpaq səpilib, qartəmizləyici maşınların köməyi ilə bütün əhalinin sıx olduğu ictimai yerlər və yollar qardan təmizlənib.

İnsanların rahat gediş-gəlişi və nəqliyyatın normal hərəkəti təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm