Qırmızı.az
Tovuzun kəndinə su çəkilir
Millət vəkili Qənirə Paşayevanın Düz Cırdaxanın ağır içməli su probleminin həlli ilə bağlı müraciətinə "Azərsu" rəhbərliyi müsbət cavab verib.
Əziz Düz Cırdaxan sakinləri! Sizə sevindirici xəbərim var və bilirəm ki, bu sizin üçün ən önəmli məsələdir. Sizin çox ağır içməli su probleminizin həlli ilə bağlı Azərsu rəhbərliyinə sizin adınızdan olan xahişimə müsbət cavab verildi və sabahdan kəndin ağır içməli su probleminin həlli ilə bağlı işlər başlayacaq. Bir neçə gün öncə kənddə sizinlə görüşlərimdə əsasən içməli sudan çox əziyyət çəkdiyinizi və bir çox hallarda içməli suyu pulla xüsusu maşınlarla gətirdərək istifadə etdiyinizi,bəzilərinizin buna imkanı olmaması ilə bağlı söhbətlərinizdən çox narahat olmuşdum və sizin bu problemin həlli üçün millət vəkili kimi əlinizdən gələn dəstəyi əsirgəməyin xahişinizə cavab olaraq bildirmişdim ki, mütləq Azərsu rəhbərliyi ilə bu məssələni xüsusi müzakirə edəcək və sizin adınızdan və öz adımdan bu məsələnin qısa zamanda həllini xahiş edəcəyəm. Kənddən dönən kimi "Azərsu"ASC-nin rəhbəri Qorxmaz müəllimlə, baş direktoru Etibar müəllimlə danışaraq vəziyyəti söylədim və bu problemin qısa zmanda həllinə dəstək göstərilməsini xahiş etdim. Söhbət zamanı cənab Prezident İlham Əliyevin Tovuzun içməli su probleminin həlli istiqamətində verdiyi göstərişlə Tovuza yeni su xəttinin çəkilməsini millət vəkili və Tovuz sakinləri olaraq yüksək qiymətləndirdiyimizi və Tovuz şəhərinə bitişik olan Düz Cırdaxan kəndinin içməli su probleminin həllinin də həmin su xətti vasitəsi ilə mümkünlüyü barədə fdə ikir mübadiləsi də apardiq. "Azərsu"ASC-nin rəhbərliyi həm Qorxmaz müəllim,həm Etibar müəlim problemin həlli istiqamətində dəstək göstərməyə çalışacaqlarını bildirdilər. Sizinlə ikinci dəfə görüşümüzdən sonra bu gün yenidən "Azərsu"ASC-nin rəhbərliyinə müraziət etdim və sağ olsunlar hamımızın müraciətini nəzərə alaraq göstəriş verildi. Bir az əvvəl Etibar müəllimlə və rayon su idarəsi rəhbəri Arif müəllimlə təkrar danışdım və bildirdilər ki, sabahdan Düz Cırdaxanın içməli su probleminin həlli istiqamətində işlərə başlanılacaq və yaxın zamanlarda problem öz həllini tapacaq. Sizin və öz adımdan Azərsu rəhbərliyinə təşəkkür edir və ümid edirəm ki, işlər surətlə aparılacaq və siz yaxın zamanlarda ağır içməli su problemindən xilas ola biləcəksiniz.
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
-
Tarix20 Sentyabr 20:20
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
-
Magazin120 Sentyabr 19:48
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR