Magazin1
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR
ARB telekanalına və həmin kanalda Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni Axtarıram” verilişinə İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevlə bağlı müzakirə aparılmasına qadağa qoyub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Rasimin atasının müraciəti əsasında belə qərar qəbul edib.
Ailənin nümayəndəsi kimi çıxış edən Samir Zeynalovun sözlərinə görə, ailə hesab edib ki, xüsusilə Xoşqədəm Hidayətqızı “Rasimin axtarışını” şou predimetinə çevirməklə izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldadıb. Ən əsası verilişdə gedən müzakirələr Rasimin bu günə kimi müəyyən edilməməsinə təsir edib.
Ərizədə o da qeyd olunub ki, Xoşqədəm Hidayətqızı əvvəl Rasimi tapacağı haqda ailəyə vəd verib. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs mənim və ailə üzvlərimin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.
Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil ailənin müraciətini əsaslı hesab edib.
Hakim belə qənaətə gəlib ki, məsələdə müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır.
Qərara əsasən ARB telekanalında, xüsusilə “Səni Axtarıram” verilişində Rasimin axtarışı ilə bağlı müzakirə aparmaq, həmçinin fotolarını yayımlamaq qadağan edilib.
-
Hadisə22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Tarix20:20
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
-
Magazin119:48
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR
-
Sosial18:50
Pensiya alanların nəzərinə!
-
Dünya18:40
"Hizbullah"ın üçüncü adamı öldürüldü
-
Rəsmi xronika17:48
İlham Əliyev Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ
-
İqtisadi gündəm17:15
"Qarabağa investisiya qoymaq üçün müraciət edən 4 ABŞ şirkəti var"