“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
Bizi izləyin

Hadisə

“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək

“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər sentyabrın 23-dən etibarən veriləcək.

Publika.az xəbər verir ki, Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində zərərçəkənlərə yardım üçün vəsaitin toplanması prosesini başa çatdırıb.

“Hazırda toplanmış bütün vəsait ərizə verən və bütün lazımi sənədləri təqdim edən vətəndaşlar arasında bölüşdürülüb”, - deyə bildirilib.

Daha öncə fond "Crocus City Hall"da baş vermiş terror aktından zərər görən 300-dən çox şəxsə maddi yardım göstərəcəyini bəyan etmişdi.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Moskvada törədilən terror aktı ilə bağlı 12 nəfər həbs edilib. Cinayəti törətməkdə şübhəli bilinən dörd şəxs əvvəlcə mütəşəkkil dəstənin tərkibində ölümlə nəticələnən terror aktı törətməkdə, qalanları isə bu cinayətin törədilməsində iştirakda ittiham olunublar.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm