Doğrudanmı oxumaq istəyirlər?
Bizi izləyin

Qırmızı.az

Doğrudanmı oxumaq istəyirlər?

Bildiyimiz kimi son 5 ildə TQDK-nın keçirtdiyi qəbul imtahanlarında qızların sayı get-gedə artır. Bu artımla nisbətdə keçid balları isə getdikcə aşağı düşür. Belə davam etsə, yəqin ki yaxın 2 il ərzində mümkün 700 baldan 100 bal toplamaqla universitetə qəbul olmaq olacaq. Sual olunur ki, bu balla və ya bu baldan 2 dəfə artıq toplanınlan balla universitetə qəbul olan tələbələr doğrudanmı oxumaq niyyətdindədirlər? Gəlin bunu araşdıraq.

İlk öncə oxumaq istəyən qızların çoxluq təşkil etmə səbəblərinə nəzər salaq.

Məlum olduğu kimi son 15-20 ildə ölkədə ailədaxili münaqişələr və boşanmalar pik həddə çatıb. Son iki il ərzində 22000 nəfər boşanıb. Təsəvvür edirsiz, 22000 nəfər. Bu artıq faciədi. Bütün bunları görən valideyn qız övladlarının oxumasına cəhd edir. Düşünür ki səhər qızı elə bir ailəyə düşər ki, elə birinə aid ola bilər ki, o tez bir zamanda boşana bilər. Buna görə də qız mütləq ali təhsil almalı və öz başını, övlad varsa da övladını qorumalıdır. Əslində bu düşüncəni dəstəkləyirəm və təqdirəlayiq bir hal olaraq qəbul edirəm. Çünki burada valideyn ən azı övlad üzərində və onun gələcəyi üzərində məsuliyyət hiss edir. Dişindən dırnağından olan valideyn övladının ali məktəbə daxil olması üçün əlindən gələni artıqlaması ilə edir. Və övlad ya qəbul olur, ya da qəbul olmur.

Gəlin indi digər aspektdən yanaşaq. Bəllidir ki, universitetə qəbul olan əksər qızların və eləcə də oğlanların sevgi macəraları olur. Və bu macəralar əsasaən hər iki tərəf üçün “pullu” fikrindən yan keçmir. Pulluda oxuyanda, oxumayanda bu fikirdə olur və ardınca xəyallar. Sonra kiçik bir səhv və xəyalların məhvi. Depresiya, intihar və s. Bütün bunların yaranma səbəbi insan psixikasının pozğunluğunun göstəricisidi. Bəs psixikanı pozan nədir? Bu əsasən, xarici teleseriallar və daha çox da Türkiyə teleseriallarıdı. Artıq o filmlərə baxan gənclər dərhal özlərinə müvafiq olaraq qarşı cinsdən olan partnyor axtarır və onunla münasibətə can atır. Filmdə gördüklərini həyatına tətbiq etməyə çalışır. Bu isə oturduğun yerdə Tanrıdan çörək istəməyə və Tanrının çörəyi mələk vasitəsilə tezliklə çatdıracağına özünü inandırmağa bənzəyir. Amma qısa müddətdən sonra həm inanc, həm də istəklər məhv olur.

Yuxarıda qeyd olunanlardan əlavə, ümumi tələbələrin təxminən 15% oxuyan və ya oxumağa cəhd edənlər olduqlarını kənara qoymaqla, yerdə qalan 85%-in sadəcə prestij xatirinə ali təhsil almağa meylli olduğunu görməmək olmur. Əllərində isə tutarlı bəhanlər hər zaman olduğu kimi yenə də korrupsiyadı. Yəni müəllim qiymət yazmır, pul istəyir kimi nağıllar. Bu artıq keçmişdə qaldı. Sizcə bu özü bisavadsızlıq deyilmi? Məgər haqsız pul tələb edən müəllimə (yəni oxuduğun halda pul tələb edir və ya oxumadığın halda da pul tələb edir) üsyan etməyə gücün çatmırmı? Təbii ki çatmır. Çünki əvvəla sən öz hüquqlarını bilmirsən, ikincisi isə sən ümumiyyətlə haqsızsan. Çünki tədris boyu oxumayıb, ancaq xəyal qurmusan və belə olan təqdirdə rüşvətə meyilli olan müəllimin əlinə fürsət vermisən. İndi qarşısına çıxacaq və haqlarını tələb edəcək gücdə deyilsən.
Bu həmçinin orta məktəblərdə də keçərlidir. Beləki şagird orta məktəbdə oxumur (burada müxtəlif səbəblər var. Dolanışıq, avaraçılıq və s.) və yekun nəticədə onun qəbul imtahanında göstəricisi 0-100 və ya 100-150 bal arası olur. Hər il bu kimi şagirdlər respublikada təxminən 60-70 min nəfəri təşkil edir ki, bu da keçid ballarının aşağı düşməsinə gətirib çıxarır.

Bütün bunları bildikdə içində bir ağrı qopur və o ağrı əcinnə formasında gözünə görünərək səmada əyri xətlərlə belə bir sual yazır:

“Doğrudanmı oxumaq istəyirlər?” və ardınca qəhqəhə çəkərək yoxa çıxır.

Elçin Əfəndi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm