Qırmızı.az
Fəthullah Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)
Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn
"Hizmət" hərəkatının lideri Fəthullah Gülən bu həftəki söhbətində
Azərbaycandan da bəhs edib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında yaşadığı
bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin yayımlandığı
saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və axirətə borclu
gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti yer alıb. Gülən
söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə bənzətməsindən
tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı isə o, söhbət
daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada
salıb və onların vasitəsilə ölkəmizəd məktəblərin açılmasından söz
açıb.
“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə
oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng
etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə
onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim
qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb
orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də
bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır”
– deyə Fəthullah Gülən söhbətində vurğulayıb.
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR