Qırmızı.az
Müvəqqəti sığınacaqlarda bu günədək 420 nəfər insan qəbul olunub
Respublika ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının rayonlarında və Sumqayıt şəhərində təşkil edilmiş müvəqqəti sığınacaqlarda bu günədək 420 nəfər insan qəbul olunub.
Bu barədə Publika.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Xətai rayonunda 71, Nərimanov rayonunda 130, Nəsimi rayonunda 75, Nizami rayonunda 50, Yasamal rayonunda 34, Sumqayıt şəhərində isə 60 nəfər kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlardan istifadə edib.
Sığınacaqlarda olduqları müddətdə həmin insanlar 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla, lazım olduqda tibbi xidmətlə təmin olunublar. Onların böyük əksəriyyətini açıq havada səyyar işləyənlər və rayonlardan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonlarına qayıtmaqda çətinlik çəkənlər təşkil edib.
Sığınacağa ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142-Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunub və onlar qısa müddət ərzində sığınacaqlara gətiriliblər.
Publika.Az
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO