Taxıl böhranı Azərbaycana necə təsir edəcək?
Bizi izləyin

Qırmızı.az

Taxıl böhranı Azərbaycana necə təsir edəcək?

Rusiya ilə Ukrayna arasında olan müharibə dünya ölkələrinə öz təsirini göstərib. Bu müharibənin təsir edə biləcəyi ölkələr sırasında ölkəmizin də yer almaq ehtimalı var.

Rusiya və Ukrayna taxılı dünya bazarında ixracatın üçdə birini təşkil edir. Azərbaycan daha çox Ukrayna və Qazaxıstandan taxıl ixrac edirdi. Ukrayna artıq çovdar, yulaf, şəkər, ət və mal-qaranın ixracını dayandırıb, buğda, qarğıdalı, toyuq, yumurta və günəbaxan yağının ixracını məhdudlaşdırıb. Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəzi Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb. Bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda 80 faizlə ən böyük paya Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olmasına baxmayaraq, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30% bahalaşıb. Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı qeyd etdi ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır: “Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq”.

Publika.az-a danışan iqtisadçı Sənan Yahya söyləyib ki, Azərbaycan taxılla bağlı yarana biləcək problemlərə qarşı önləyici addımlar atıb: “Rusiya ilə Ukrayna arasında ola müharibə taxıl idxalına müəyyən təsirlər edəcək. Ancaq Azərbaycan hökuməti ölkə başçısının göstərişi ilə bu sahədə işlər görməyə başlayıb. Dövlətimiz önləyici tədbirlər gördüyü üçün böyük problemlərin yaranmaq ehtimalı azdır. Bəzi nüanslar var ki, Azərbaycana təsir edəcək, ancaq böyük həcmdə problem yaranmayacaq”.src="/storage/files/upload/67981b8591acdde53564ce5c6a9472d252917853.png" style="width: 599px; height: 543.093px;" class="fr-fic fr-dib fr-fil">

Ekspert vurğulayıb ki, azad olunmuş ərazilərdə taxıl əkilməsi ehtiyatlarımızın artmasına səbəb olacaq: “Qarabağda taxıl və digər məhsulların əkilməsi prosesi sürətlə davam edir. Torpaqlarımızın azad olunması ilə orada aparılacaq işlər nəticəsində Azərbaycan öz taxıl ehtiyacını ödəyə biləcək. Həmin ərzilərdə suvarma işləri yaxşı aparılır və gələcəkdə biz bunun bəhrəsini görəcəyik. Beyləqanda və digər ərazilərdə geniş zonalarda taxıl əkilib. Həmçinin Qarabağ torpaqları çox münbit olduğu üçün Azərbaycan nəinki taxıl, digər məhsullarla da özünü təmin edəcək. Torpaqlarımız 30 il işğalda olduğu müddətdə həmin ərazilər dağıdılıb və yararsız hala salınıb. İlk öncə torpaqların yenidən münbitləşdirilməsi üçün addımlar atılır. İşğal dövründə Ermənistan iqtisadiyyatı Qarabağ ərazisində əkilmiş məhsullar hesabına ayaqda dururdu. Ancaq Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə özümüz taxıl əkməyə başladıq. Yəni bu münbit torpaqlar arıtq Azərbaycanın iqtisadiyyatına xidmət edəcək. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin fərmanı ilə innovativ kənd təsərrüfatı sistemlərinin inkişaf etdirilməsi davam edir və bu da bizim məhsullarımızın daha çox yetişdirilməsinə səbəb olacaq”.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, Azərbaycan taxıl idxal etmək üçün alternativ ölkələrlə danışıqlar aparır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə də baş nazir qeyd etdi ki, taxıl ehtiyatları ilə bağlı problemimiz yoxdur. Ölkəmiz Ukrayna-Rusiya münaqişəsindən təsirlənməmək üçün başqa dövlətlərlə taxıl idxalı üçün görüşmələr aparır. Bunlara Hindistanı misal çəkmək olar, çünki adıçəkilən ölkə ilə bu barədə danışıqlar gedir. Hətta Pakistan dövləti də ehtiyac yarandığı halda istənilən qədər yardım etməyə hazır olduqlarını dilə gətirib”.src="/storage/files/upload/9eb7e9ff5249341d14fc16fcef0cd8b658c4c837.jpg" style="width: 675px; height: 378px;" class="fr-fic fr-dib fr-fil">

Deputat vurğulayıb ki, taxıl və digər məhsulların miqdarının artırılması üçün müasir texnalogiyalardan istifadə edilməlidir: “ Azərbaycan indiyə qədər ən çox Rusiyadan, daha sonra isə Qazaxıstandan taxıl idxal edib. Ancaq indi adıçəkilən ölkələr faktiki olaraq taxıl ixracını dayandırıb. Onu da qeyd etmək lazımdır ki, hər hansısa məhsulda qıtlıq yarandıqda onun qiyməti qalxır. Biz Rusiyadan taxıl idxal edərkən yavaş-yavaş qiymət qalxmağa başladı. Xüsusilə, Ukrayna-Rusiya müharibəsi beynəlxalq bazarlardakı qiymətlərə təsir göstərir. Azərbaycanda isə artıq 50 min hektara yaxın ərazilərdə taxıl əkininə başlanılıb. Bu qədər ərazidən də orta hesabla 150 min ton taxıl əldə olunacaq. Ümumiyyətlə, ölkəmizdə taxıl istehsalının artırılması ilə bağlı müəyyən göstərişlər verilib. Azərbaycan kənd təsərrüfatında bəzi müasir qurğulardan da istifadə etməlidir. Bu cür texnologiyaların istifadə olunması ilə əldə olunan məhsulların həcmi əvvəlkindən daha çox olacaq. Gələcəkdə bu üsulların genişləndirilməsi üçün müəyyən işlər görülür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm