Qırmızı.az
Tağı Əhmədov "28 May" stansiyası ilə bağlı tapşırıqlar verdi - FOTO
Metropoliten rəisi Tağı Əhmədov "28 May"
stansiyasında aparılan yenidənqurma prosesi ilə tanış olub.
Publika.az-ın Bakı Metropoliteninin saytına istinadən verdiyi
məlumata görə, İdarə rəisinin müavini, tikilən metropoliten
müdiriyyətinin rəisi Arif Rəsulov stansiya
yaxınlığındakı ventilyasiya köşkünün yenilənməsi, giriş
meydançasında qranit təbəqəsinin döşənməsi və işıqlandırma sistemi
ilə bağlı görülən tədbirlər barədə metropoliten rəhbərinə məlumat
verib.
Tağı Əhmədov giriş sahəsində avtomat nəzarət məntəqəsi
avadanlıqlarının quraşdırılması ilə maraqlanıb. Daha sonra kassa və
xəzinədar otaqlarına baxış keçirilib.
Arif Rəsulov sahədə tətbiq edilən yeniliklər sayəsində
sərnişinlərin keçiddən tam rahat istifadə etməsi üçün görülən əlavə
tədbirlər haqqında da məlumat verib.
Metropoliten rəisi sərnişinlərin giriş sahəsindən, eyni zamanda
çıxışdan tam rahat istifadə etməsi ilə bağlı bəzi məqamları
dəqiqləşdirib və tapşırıqlar verib.
Tağı Əhmədov stansiya yollarında işıqlandırma işlərinin
tamamlanması ilə maraqlanıb. Təchizatçı şirkətin nümayəndələri bir
həftə ərzində tavan işıqlandırmasının yekunlaşdırılacağını və daha
sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaqlarını
deyib.
Tağı Əhmədov "28 May" stansiyasının ikinci giriş-çıxışı, piyada
tuneli və "Cəfər Cabbarlı" stansiyasına keçidlə əlaqədar bəzi
tədbirlərin yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib. O,
təmizlikdən razı qalsa da, metropolitenin ən giriş-çıxışlı
stansiyasının rəisinə tapşırıqlar verib.
Baxış metropoliten rəisinin yanında keçirilən müşavirənin başlanması ilə başa çatıb.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?