Qırmızı.az
28 Mayda kimlər əfv oluna bilər?
“Düşünürəm ki, 28 May - Respublika Günü ilə bağlı əfv sərəncamı olacaq. Bu barədə biz də məlumat almışıq. İnanırıq ki, bizim təqdim etdiyimiz siyahıda olanların da çoxu əfv olunanların siyahısına salınacaq”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.
src="/storage/files/upload/0ef4c45e4568413f547bccc1a8c48102cd55c50e.jpg" style="width: 337px; height: 189.843px;" class="fr-fic fr-dib">
Hüquq müdafiəçisi bildirib ki, onların tərtib etdiyi siyahıda onlarla məhbusun adı var:
“Bizim təqdim etdiyimiz siyahıda təxminən 37-38 nəfərin adı var idi. Onların arasında blogerlər, jurnalistlər, bir sıra tanınmış məhbuslar da var. Gədəbəyin keçmiş icra başçısı Saleh Məmmədov, Şəmsi bəy və başqalarının adları da bizim siyahımızda yer alıb. Ümid edirik ki, onların əksəriyyəti buraxılacaq. Hətta bir sıra siyasi məhbus da əfv olunmaq üçün Prezidentə müraciət ünvanlayıb. Onların da, bizim də müraciətlərimiz var. Saleh Məmmədovun əfv olunması üçün müraciət edib-etmədiyini dəqiq bilmirəm. Əsas biz öz müraciətimizdə Saleh Məmmədovun adını birinci yazmışıq ki, ilk olaraq onu həbsdən azad etsinlər. Əfv Komissiyası artıq toplaşmağa başlayıb. Hesab edirəm ki, yığışıb öz sözlərini deyəcəklər”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır


































