Hansı saytlara cinayət işi açılacaq?
Bizi izləyin

Qırmızı.az

Hansı saytlara cinayət işi açılacaq?

illi Məclisin yaz sessiyasının ilk iclasında çıxış edən deputat Fuad Muradov son zamanlar azərbaycanlı gənclərin əcnəbi ölkələrdə muzdlu döyüşçü kimi iştirakı ilə bağlı yayılan məlumatların araşdırılmasına çağırıb.

Publika.Az xəbər veriri ki, Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxış edən deputat Fuad Muradov son zamanlar azərbaycanlı gənclərin əcnəbi ölkələrdə muzdlu döyüşçü kimi iştirakı ilə bağlı yayılan məlumatların araşdırılmasına çağırıb.

Azərbaycanda əhalinin çoxunun gənclər təşkil etdiyini deyən F.Muradov onların daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının gənclərlə bağlı yürütdüyü siyasəti, fərmanları bu təbəqənin inkişafına yönəldilib.

“Mən bir məsələyə toxunmaq istəyirəm. Son zamanlar internetdə, sosial şəbəkələrdə xarici ölkələrdə döyüşən azərbaycanlı gənclərlə bağlı xəbərlər yayılır. Xaricdə vuruşmağa gedən bu şəxsləri təbliğ etmək lazım deyil. 2014-cü il başlayandan torpaqlarımızın düşməndən qorunması uğurnda gedən döyüşlərdə gənclərimiz şəhid olub. Vətən uğrunda həlak olmuş bu gənclərin təbliğatı aparılmalıdır”.

Deputat bildirib ki, intermnetdə terroru təbliğ edən açıq saytlar formalaşıb.“Açıq şəkildə demək istəyirəm. İnternetdə terrora açıq çağırışlar edən saytlar var. O saytlar mütləq bağlanmalıdır. Terrora dəstək verən internet resurslarına qarşı cinayət işi açılmalıdır”-deyə F.Muradov bildirib.

Deputat qeyd edib ki, bu heç bir halda vətəndaşların internetdən məlumat alma azadlığının pozulması demək deyil. “Ölkədə internet azadlığna heç bir məhdudiyət yoxdur. Vətəndaşlar bundan sərbəst şəkildə istifadə edirlər. Ancaq terrora dəstək verən internet resursları qanun qarşısında cavab verməlidirlər”-deyə deputat vurğulayıb.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm