Qırmızı.az
Azərbaycanda zəlzələ təhlükəsi - RƏSMİ AÇIQLAMA
"Pirqulu tərəfdə təkanların ardıcıl baş verməsinin xeyri var.
Çünki bunun nəticəsində ərazidə enerji boşalması baş
verir".
Bunu Trend-ə Azərbaycan Milli Elmlər
Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş
direktoru, geologiya-minerologiya elmləri doktoruQurban
Yetirmişli deyib.
Onun sözlərinə görə, bu gün baş verən iki zəlzələ də Pirquluya
yaxın ərazidə olub. Hər iki zəlzələ Pirquludan təxminən 15 km
məsafədə - İsmayıllı istiqamətində olub. İlk zəlzələ saat 07:52-də
3,7, ikinci zəlzələ isə saat 14:44-də 3,4 bal gücündə qeydə alınıb.
Bu zəlzələ İsmayllıda hiss edilməsə də, Pirquluda hiss olunub.
Zəlzələ episentrə yaxın olan yaşayış yerlərində 3 bala kimi hiss
edilib: "Seysmogen bölgə birdir - Şamaxı - İsmayıllı bölgəsidir.
İlk zəlzələ 3,7, ikinci zəlzələ isə 3,4 bal gücündə olub.
Q.Yetirmişli deyib ki, birinci zəlzələnin dərinliyi 12, ikinci
zəlzələnin dərinliyi isə 9 km olub. Hər iki zəlzələnin ocağı
eynidir.
Mərkəz rəhbərinin sözlərinə görə, eyni ocaqda səhər 3,7 bal gücündə baş verən ilk zəlzələ ilə 3,4 bal gücündə baş verən zəlzələ arasında 9-dan çox zəif təkan baş verib: "Bu, ona dəlalət edir ki, orada proses gedir. Zəlzələnin baş verməsini proqnozlaşdırmaq çox çətindir. Lakin belə təkanların ardıcıl baş verməsinin xeyri var. Çünki bunun nəticəsində ərazidə enerji boşalması baş verir. Bilmək olmaz, bu proses bir az da davam edə bilər, yaxud zəlzələ bununla da dayana bilər. Yəni zəmanət vermək olmaz ki, zəlzələ bununla olub qurtardı".
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO