Prezidentdən xahiş edəcəm ki, onları cəzalandırsın - Xalq artisti
Bizi izləyin

Qırmızı.az

Prezidentdən xahiş edəcəm ki, onları cəzalandırsın - Xalq artisti

“Vətən müharibəsindəki qələbəmizdən sonra Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bizimlə görüş keçirdi. Təkcə mən orada çıxış edərək bildirdim ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dünya tarixində görünməyən, əfsanəvi qələbəyə imza atıb. Bu qələbə barədə bizdə niyə kitablar yazılmır, filmlər çəkilmir, tamaşalar qoyulmur?!”

Bunu Publika.az-a açıqlamasında Xalq artisti Əli Nur deyib.

O söyləyib ki, bu məsələni cənab nazir qarşısında 3 dəfə qaldırıb: “Dünən bizim “Zəfər Yolu”- Şuşanın işğaldan azad edilməsi barədə tamaşamıza baxış idi. Rəsmilərimiz də həmin tamaşanı izləməyə gəlmişdilər və yüksək fikirlə buradan ayrıldılar. May ayının 27-28-də tamaşamız baş tutacaq və cənab Prezident də həmin tamaşaya baxacaq”.

Ə.Nur vurğulayıb ki, Prezident İlham Əliyev də bu barədə çıxış edib: "Bəli, müharibə bitən kimi bizdə filmlər çəkilməli idi. İkinci Dünya müharibəsində Azərbaycanda nə qədər filmlər çəkildi, əsərlər ərsəyə gətirildi. Qarabağ müharibəsindəki qələbə bizim qələbəmizdir. Mən nazir Anar Kərimova da dedim ki, şairlər, dramaturqlar, yazıçılar qarşısında tələblər qoyun. Bildirin ki, təcili olaraq böyük qələbəmiz barədə əsərlər ortaya qoyulsun. Bizim hər cür vasitəmiz, vəsaitimiz var ki, qələbəmizə yaraşan əsərlər ərsəyə gətirək”.

Ə.Nur onu da bildirib ki, müharibədən 2 il müddət vaxt keçir və normal bir əsər ortaya çıxmayıb: “Ayıbdır. Bizim oğullarımız dünyanın heç bir ordusunun ala bilmədiyi Şuşanı yalın əllə geri qaytarıblar. İncəsənət adamları üçün bundan yaxşı fürsət ola bilər? Bu haqda çıxış etməkdən yorulmuşam. Cənab Prezident İlham Əliyevdən tamaşaya gəldiyi zaman bu işə bu qədər laqeyd yanaşan insanların cəzalandırılmasını xahiş edəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm