Qırmızı.az
"Köhnə vərdişlərimdən əl çəkəcəm, o tanışlarımdan uzaq duracam" - Əfv olunan məhkum
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.
Publika.az">Publika.az xəbər verir ki,buarada cəza çəkən 3 məhkuma əfv sərəncamı şamil edilib. Onların hər üçünə əfv olunmaları ilə bağlı sənəd təqdim edilib.
Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. Rəsul Kondaç əfv olunması üçün Prezidentə təşəkkür edib, bir daha cinayət törətməyəcəyini deyib: "23 ildir Azərbaycana gəlib burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq duracam. Belə işlə məşğul olan deyiləm".
Digər məhkum Möhüb Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub: "Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracam. Köhnə vərdişlərimdən əl çəkəcəm, köhnə tanışlarımdan uzaq duracam".
Məhkum deyib ki, onun bir anasından başqa heç kimi yoxdur: "Anam yolumu gözləyir. Mən də onu sevindirəcəm. Bir daha bura qayıdan deyiləm. Anamın qulluğunda dayanacaq".
12 saylı cəzaçəkmə müəssisəsində iki məhkuma əfv sərəncamı şamil edilib. Onlarda bir nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib. Digər məhkumun isə cəzası azaldılıb.
16 saylı cəzaçəkmə müəssisəsində isə əfvə 3 məhkum düşüb. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar. Əfv edilən şəxslərdən biri İran, ikisi isə Azərbaycan vətəndaşıdır.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər










.jpg)
.jpg)



.webp)





















