Qırmızı.az
Şəmsi Səmədzadə danışdı: "Onu özümə düşmən bilmirəm"
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadə də var. O, 23 il idi Qobustan həbsxanasında cəza çəkirdi.
Publika.az">Publika.az Teleqraf com-a istinadla xəbər verir ki, həbsdən azad olunan Şəmsi Səmədzadə bildirib ki, azadlığa qovuşmasına görə ilk növbədə Ali Baş komandan İlham Əliyevə və onun ailəsinə minnətdardır: "Mən bir iş adamıyam, sadəcə təsadüf nəticəsində, bəzi ünsürlərə görə burada idim. Nəhayət, dövlət başçımız, Ali Baş komandanımız məni əfv etdi. Onu da deyim ki, Birinci Qarabağ müharibəsi döyüşçüsüyəm. Ən çox məni sevindirən odur ki, Ali Baş komandanımız məni burdan qalib əsgər kimi çıxarır.
Azərbaycanın istənilən yerində, dünyada olan bütün əlaqələrimdən istifadə edərək, ailəmlə birlikdə layiqli bir insan olmağa çalışacam. Prezidentin mənə verdiyi bu ikinci şansı düzgün dəyərləndirəcəyəm".
Şəmsi Səmədzadənin sözlərinə görə, onun üçün ən dəyərli insan valideynləridir, anasıdır: "Həbsdən azad olunduğumla bağlı müjdəmi anama vermək istəyirdim və verdim. Həbsdən azad olunmağımda çox insanların zəhməti var. Bəlkə, ad çəksəm, bəzilərini unudub, günaha batmış olaram. Ona görə də hər bir kəsə - hüquq müdafiəçilərinə, o cümlədən Əfv Komissiyasında olan nümayəndələrə dərin minnətdarlığımı bildirirəm.
Mübarizə apararaq azadlığa qovuşdum. Çünki mən burada olmalı deyildim. Bilirdim ki, mənim əlim qana batmayıb, bura layiq deyiləm. Bu divarlar məni özünə yapışdıra bilməzdi. Ona görə də mübariz olmağıma görə göydə Allaha, yerdə ailəmə borcluyam. Özüm də, ailəm də möhtərəm prezidentimizə, onun bu gün apardığı şərəfli yola xidmət etməyə hazırıq.
Mən "Səməd oğlu Atatürk" şirkətinin rəhbəriyəm. Bu gün də mənim şirkətim çox zəif formada xidmət göstərir. Amma əminəm ki, dövlət başçımızın, dövlətimizin dəstəyi sayəsində iş fəaliyyətimi inkişaf etdirəcəyəm. Özümə bələdəm, bir iş adamı kimi məni ilk dəfə ulu öndər şəxsən qəbul edib, Londona səfərə göndərib. Ona görə də bu 23 ildə dayanmamışam. Hətta ikinci Qarabağ müharibəsində də müraciət etmişəm ki, döyüşlərdə iştirak edim.
Qohumlarım arasında şəhidlər var. Doğma əmim oğlu Etibar Hacıyev Milli Qəhrəmandır. Mən özüm də həmişə deyirdim ki, burada olmaqdansa, şəhid olmağı seçərdim. İkinci Qarabağ müharibəsində ürəyim döyüşmək üçün döyünürdü. Mən ağlayan adam deyiləm, çox dözümlüyəm.
Atam 50 yaşında rəhmətə gedib, mən ağlamamışam. Amma ikinci Qarabağ müharibəsində hər dəfə prezident qələbə müjdəsini verəndə özümü sevincdən saxlaya bilmirdim. Mən tarixçi oğluyam. Bu səbəbdən tarixi yaxşı bilirəm. 400 ildir Azərbaycan itirir. 400 ildən sonra cənab Ali Baş komandan Azərbaycan türkünün qazanma ruhunu özünə qaytardı. Buna sevinməmək mümkün deyil".
Şəmsi Səmədzadə qeyd edib ki, mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə Londonda iş adamı kimi kurslar keçib və yetişib: "Amma bəzi naxələf məmurlar var ki, rüşvət alır, dövlətin pulunu dağıdırlar. Həmin məmurlardan biri, adını da çəkə bilərəm, amma çəkmirəm, məni bura sala bilib.
Mən onu özümə düşmən bilmirəm. Bizim bir düşmənimiz var, o da ermənidir. Kimsə pisliyindən qalmırsa, mən də yaxşılığımda qalmayacam. Mənim yeganə məqsədim bundan sonra heç kimə kin güdmədən cənab prezidentin istiqamət verdiyi yerdə iş quracam. Hansı istiqamət olduğu fərq etməyəcək. Lazım olsa, heyvan saxlayacam, heyvan altı təmizləyəcəm, usta işləyəcəm, hansı sahədə lazımamsa, o sahədə də xidmət edəcəm".
Şəmsi Səmədzadə bu illər ərzində gümrah qalmağına görə Penitensiar xidmətin rəisi Ceyhun Həsənova, digər rəhbər şəxslərə borclu olduğunu deyib: "Onlar burada bizimlə çox yaxşı davrandılar. Ailəmlə görüş üçün heç bir problem olmadı. Həyatda o vaxt sınardım ki, mənə insan kimi davranmasınlar. O zaman bu yükü qaldıra bilməzdim".
Şəmsi Səmədzadə qeyd edib ki, Azərbaycanda müharibə başlayanda iştirak etmək üçün 4 dəfə prezidentə müraciət edib: "Sadəcə üstümüzə qoyulan yük o qədər ağır idi ki, layiq olsam da, iştirak edə bilmədim. Mən bilirdim ki, bir gün ədalət öz bəhrəsini verəcək. Buna görə prezidentə borcluyam. Allah Prezidentimizi qorusun, Allah birinci xanımı qorusun. Cənab prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qarabağ bölgəsində səfərdədirlər. Bizimlə bağlı qərar Qarabağda verilib. Buna necə sevinməmək olar? Mənim bir tərəfim Göyçə mahalının Zod kəndindəndir, bir tərəfim Kəlbəcərdəndir. Bütün gücümlə, Allahın izini ilə Kəlbəcərə getmək istəyirəm".
Şəmsi Səmədzadənin sözlərinə görə, həbsxanadan çıxan kimi ilk Ulu öndərin, daha sonra şəhidlərimizin məzarını ziyarət edəcək: "Birinci Qarabağ müharibəsində döyüşdüyüm üçün şəhid Polad Həşimovla münasibətim olub. Onun məzarını da ziyarət edəcəm. Bundan sonra gedib anamın əlindən, ayağından öləcəm. Bu 23 ildə ona bu həsrəti yaşatdığım üçün çox peşmanam".
Qeyd edək ki, 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir. Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.
Şəmsi Səmədzadə 1966-ci ildə Göyçə mahalında anadan olub.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO