Avtobus aşıb, 15 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Avtobus aşıb, 15 nəfər xəsarət alıb

Bu gün Fransanın şərqində məktəbliləri aparan avtobus aşıb. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Xilasetmə xidmətindən bildiriblər ki, bir nəfər ağır, 14 nəfər isə yüngül xəsarət alıb. Qəza yerli vaxtla səhər saat 07:30-da Envil-o-Jar şəhərinin yaxınlığındakı yolda baş verib. Yaralılar yaxınlıqdakı Nansi və Lyunevil şəhərlərindəki xəstəxanalara çatdırılıblar.

Xilasedicilərdən birinin sözlərinə görə, yol kifayət qədər sürüşkən olub. Sürücü idarəetməni itirib, avtobus arxa aşıb.

Hazırda istintaq qəzaya pis əlverişsiz şəraitinin, yoxsa sürət həddinin aşılmasının səbəb olduğunu aydınlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm