Qırmızı.az
Tovuzun Şamlıq kəndində yeni məktəb binası istifadəyə verildi
Millət vəkili Tovuz rayonunda Şamlıq məktəbinin yeni binasının açılışında iştirak edib
Tovuz rayonunun Şamlıq kəndində tam orta məktəb üçün inşa olunan 220 şagird yerlik məktəb binası istifadəyə verildi.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin
başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva,
ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına
göstərilən yüksək dövlət qayğısından danışdılar.
Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirdi ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Son on ildə təkcə Tovuz rayonunda 19 yeni məktəb binası tikilib, altı məktəb binası isə əsaslı təmir edilib. Cari ildə isə rayonda 820 şagird yerlik altı məktəb binası inşa olunub.
Mərasimdə iştirak edən millət vəkili Qənirə Paşayeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik etdi və bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olduğunu deyib.
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq
Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar
təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin
başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış
oldu.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı