Qırmızı.az
MEDİA-da Kanat İskakovla görüş keçirildi
İyunun 17-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.azxəbər verir ki, Əhməd İsmayılov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.
Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































