Qırmızı.az
Məhəmməd Peyğəmbərin məqbərəsi dağıdıla bilər - FOTOLAR
Britaniya mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanı Məhəmməd Peyğəmbərin məzarı olan məscidi sökməzdən əvvəl cəsədin qalıqlarını qəbiristanlıqdakı adsız məzarda dəfn etməyi planlaşdırır.
Aparıcı Səudiyyə üləmasının hökumətə təqdim etdiyi layihədə Məhəmməd Peyğəmbərin sümüklərinin Mədinədəki əl-Nəbavi məsçidindən çıxarılaraq yaxınlıqdakı əl-Baqi qəbiristanlığında adsız məzara köçürülməsi təklif olunur.
Milyonlarla insanın ziyarət etdiyi bu məscid Kəbədən sonra İslamın ən müqəddəs yeri sayılır.
Bu barədə xəbərlərin mediaya sızmasına səbəb isə başqa bir Səudiyyə üləmasının bu təklifə qarşı çıxması olub.
İxtilaf doğuracaq təklif
Hökumət krala təqdim olunmuş 61 səhifəlik təklifə hələlik münasibət bildirməyib.
Bir çox İslam alimləri həm sünnilər, həm də şiələr üçün müqəddəs olan bu məqbərənin dağıdılmasının ixtilaf yaradacağını söyləyiblər.
İslamın vəhhabi təriqətinə sadiq olan Səudiyyə ruhani liderləri bütpərəstliyə bənzər sitayiş obyekti olan nə varsa, hamısının ləğv edilməsinə çalışırlar.
Əl-Nəbavi – Peyğəmbərin evi və məzarı
Londonda mənzillənmiş İslami İrs Araşdırma Fondunun direktoru doktor İrfan Ələvi “The İndependent” qəzetinə bildirib ki, sökülməsi təklif edilən məsçid Peyğəmbərin və ailəsinin yaşadığı ev olub və hazırda dünya müsəlmanları tərəfindən müqəddəs ocaq kimi ziyarət edilir.
Əl-Nəbavi məscidi üzərindəki məqbərə tarix boyunca müxtəlif hökmdarlar tərəfindən abadlaşdırılıb və genişləndirilib.
Məsçidin abadlığına, xüsusən də Osmanlı imperatorları böyük töhfə veriblər.
Bu məsçidin divarlarında naxışlı hüsn-xətlə Məhəmməd Peyğəmbərin və ailəsinin həyatından epizodları əks etdirən yazılar var.
Müqəddəs məscidlərin yerində lüks otellər
Doktor Ələvi bildirir ki, təkliflərdə bütün bunların, habelə Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub.
Britaniya qəzetləri arasında Yaxın Şərq və İslam məsələlərinə daha geniş diqqət verən “The İndependent” yazır ki, Məkkə şəhərinin özündə də son illər dəbdəbəli otellərin və istirahət qurğularının tikintisi üçün minillik tarixə malik müsəlman abidələri dağıdılıb.
Qəzet Məkkənin tarixi binalarının 95 faizinin artıq söküldüyünü xəbər verib.
Bura Fatimənin də evi olub
Doktor Ələvi bildirib ki, Mədinədəki əl-Nəbavi məscidinin sökülməsi barədə təklifi ölkənin aparıcı üləması Əli bin Əbdüləziz əl-Şabal verib.
Özü şiə olan İrfan Ələvi “The İndependent” qəzetinə deyib ki, bu məscid şiələr üçün olduqca müqəddəs yer sayılır, çünki Məhəmməd Peyğəmbərin kiçik qızı, imam Hüseynin anası Fatimə də burada yaşayıb.
Məhəmməd Peyğəmbərin qalıqlarının köçürüləcəyi Cənnət əl-Baqi qəbiristanlığında Peyğəmbərin atası da daxil olmaqla bir çox qohumları dəfn edilib.
Yeri gəlmişkən, Peyğəmbərin atasının qəbri buradan 1970-ci illərdə çıxarılıb. 1924-cü ildə məzarlıqdakı bütün nişanələr dağıdılıb ki, bütpərəstlik adətlərinə rəvac verməsin.
Zülfüqar Rüfətoğlu
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc