Qırmızı.az
Sumqayıtda körpə oğurluğunun TƏFƏRRÜATLARI - FOTOLAR - VİDEO (YENİLƏNİB - 2)
10:47
Sumqayıt şəhərində iki aylıq Aylin Əhmədlini oğurlayan qadının adı açıqlanıb. Sumqayıt Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, həmin qadın 46 yaşlı Xırda Babayevadır.
10:35
Avqustun 13-də Sumqayıtda oğurlanan ikiaylıq körpə Bakıda Nəsimi rayonu ərazisində tapılıb. Körpəni oğurlayan qadın saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, idarənin əməliyyatçıları Binəqədi Rayon Polis İdarəsinin əməliyyyatçıları ilə birgə keçirilən axtarış təqdirləri nəticəsində qadını Nəsimi rayonu ərazisində kirayə yaşadığı mənzildə aşkar edib. Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını övladının olmaması ilə izah edib.
Adı hələ istintaqa açıqlanmayan qadın barədə polis bəzi təfərrüatları ortaya cıxarıb. Məlum olub ki, o, Türkiyə vətəndaşı ilə ailəlidir. Lakin neçə illərdir ki, övladı olmadığına, həyat yoldaşından ayrılmaq istəmədiyinə görə uşağı oğurlayıb. Polisdən bildirilib ki, qadın əvvəl həyat yoldaşına yalandan hamilə qaldığını desə də, sonradan məcburiyyət qarşısında qalaraq baş verənləri ona danışıb.
Hazırda qadının həyat yoldaşı da polisdə ifadə verir.
Qeyd edək ki, avqustun 13-də Sumqayıtda 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan 3 uşaq anası Aysel Əhmədova övladlarını atraksionda əyləndirmək məqsədilə ikiaylıq körpəsini müvəqqəti saxlamağa bir qadına verib. Həmin qadin da ananın başının qarışıq olmasından istifadə edib, körpə ilə birgə aradan çıxıb.
Simnarə
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı