Aktyorluq etməyi sevən qanuni oğru həbs olundu
Bizi izləyin

Qırmızı.az

Aktyorluq etməyi sevən qanuni oğru həbs olundu

Moskva şəhərində 62 yaşlı Tbilisi sakini, “qanuni oğru” Robinzon Arabulin həbs olunub.

O, həbs edilərkən narkotik maddələrin təsiri altında olub.

Dəfələrlə məhkum olunmuş Robinzon ekssentrik zövqünə görə tanınır. Demək olar, o, hər dəfə həbs edilərkən bir neçə pərdəli tamaşa çıxarır. Deyilənə görə, onun bu dəfə ürəyi gedib və təcili yardım xidməti çağırılıb.

Növbəti günlərdə yeni bir sürpriz ortaya çıxmasa, o zaman Robinzon növbəti rolunu hakimin qarşısında oynamalı olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm