Qırmızı.az
Müdafiə Nazirliyi jurnalistlərin akkreditasiyasına başlayacaq
Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, son dövrlərdə Müdafiə
Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında əlaqələr
xeyli genişləni: "Nazirliyin rəhbərliyi mətbuatla münasibətlərin
dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma,
şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasını qarşımızda
prioritet vəzifə kimi qoyub. Rəsmi internet səhifəmizdə hər gün bir
neçə dəfə Silahlı Qüvvələrin fəaliyyəti barədə informasiyalar
yayılır".
V.Dərgahlı əmin edib ki, Müdafiə Nazirliyi bundan sonra da media ilə qarşılıqlı münasibətlərini Ordumuzun daha da güclənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində quracaq və bütün gücünü səfərbər edəcək ki, ölkəmizin ərazi bütövlüyü təmin edilsin: "Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının bu yaxınlarda keçirilən görüşü, deputatlar, ictimaiyyət və media nümayəndələrinin cəbhəyə səfərləri kimi tədbirlər bundan sonra da davam edəcək və əməkdaşlığımız daha da genişlənəcəkdir. Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışı olub. Bu zabitlər kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda da bilik və təcrübəyə yiyələniblər".
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı