Qırmızı.az
Bu il birinci sinfə neçə şagird qəbul edilib?
Bu il I sinfə getmək üçün 36380 nəfər qeydiyyatdan keçib. Onların 30100 nəfəri Azərbaycan bölməsi, 6280 nəfəri isə rus bölməsində təhsil alacaq.
Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumatda bildirilib ki, artıq xüsusi istedadlı uşaqların birinci sinfə qəbul edilməsi ilə bağlı müsabiqə başa çatıb. Üzrlü səbəblərdən müsahibələrdə iştirak edə bilməyən uşaqlar üçün sentyabr ayının 5-i yenidən müsahibə təşkil edilib. Müsahibələrdə iştirak etmək üçün 73 nəfər qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən 51 nəfər müsahibələrdə iştirak edib, 22 nəfər isə iştirak etməyib.
Müsahibələrdə iştirak edən uşaqların 42 nəfəri I sinfə qəbul olub, 9 nəfər isə müsahibədən keçə bilməyib.
Qeyd edək ki, müsahibələrdə iştirak etmək üçün ümumilikdə 3562 nəfər qeydiyyatdan keçib, iştirak edən uşaqların 1945 nəfəri I sinfə qəbul olunub.
2014-2015-ci tədris ilində Respublika üzrə I sinfə 138 000 şagirdin qəbul olunacağı proqnozlasdırılır.
Gülxar
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı