İlham Mirzəyev mətbuatın məhkəmədən çıxarılmasını istədi
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyev mətbuatın məhkəmədən çıxarılmasını istədi

Bu gün Nərimanov rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə İlham Mirzəyevin vəkili İkram Abdullayev cinayət işinin materialları ilə tanış olması üçün vəsatət verib. Hakim vəsatəti qəbul etməyib.

İlham Mirzəyev isə hakimdən mətbuat nümayəndələrinin prosesə buraxılmamasını istəyib. Hakim növbəti prosesdə mətbuat nümayəndələrinin prosesə buraxılıb-buraxılmamasını müzakirə edilcəyini deyib.

Proses sentyabrın 16-da davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm