Kürün suyu azalıb
Bizi izləyin

Qırmızı.az

Kürün suyu azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda sululuğun normasını açıqlayıb. Publika.az-ın məlumatına görə,aparılan monitorinqlər nəticəsində hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 30-120, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil etdiyi müəyyən edilib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 118 m3/s və ongünlük normanın 97 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 3-4 m3/s olmaqla, ongünlük normanın 5 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 53 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 288 sm (2013-cü il sentyabrın 08-də 340 sm), Şirvanda 125 sm (2013-cü il sentyabrın 08 -də 198 sm), Salyanda 65 sm (2013-cü il sentyabrın 08-də 155 sm), Bankədə 176 sm (2013-cü il sentyabrın 08 -də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 25 sm (2013-cü il sentyabrın 08-də 56 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm