Qırmızı.az
Qusarda mərkəzləşdirilmiş su təchizatı şəbəkələri yaradılacaq
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində "Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, layihənin birinci mərhələsində Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu inşa edilib. Su mənbəyindən şəhər istiqamətinə 355 və 225 mm diametrli borularla 21 km uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunub. Eyni zamanda, 2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikilib.
Hazırda layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Bu mərhələdə Qusar şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaq. İndiyədək 106,5 km uzunluğunda su şəbəkəsinin 10 km-lik, 102 km uzunluğunda kanalizasiya xəttinin isə təxminən 51 km-lik hissəsində işlər başa çatıb, 400-dən artıq ev birləşməsi verilib. Ümumilikdə 6100-dən çox abunəçi yeni şəbəkəyə qoşulacaq və onların hər biri smart-kart tipli sayğaclarla təmin olunacaq.
Layihə çərçivəsində Qusar şəhəri ilə yanaşı, rayonun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd və Xuray, həmçinin Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərinə içməli su veriləcək.
Qusar şəhərində yaranan tullantı suları gələcəkdə Xaçmaz rayonunda inşa ediləcək məhsuldarlığı sutkada 100 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuya ötürüləcək. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənəcək.
Qeyd edək ki, 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla "Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsindən Qusar şəhəri və ətraf 10 kəndin 31,5 min nəfər sakini faydalanacaq.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO