Qırmızı.az
“Oazis”ə görə restoranlarda sərt qərar
Bakıda “Oazis” restoranında kütləvi dava digər şadlıq evlərinin, restoranların, ailəvi istirahət mərkəzlərinin fəaliyyətinə ciddi şəkildə təsir edib.
Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, məlum hadisədən sonra restoranlarda mühafizə xidməti gücləndirilib. Restoranların rəhbərləri işə əlavə mühafizəçilər cəlb edib, mühafizə polisi saxlanır, nəzarət sərtləşdirilib. Məlumatda deyilir ki, şəhərin bir çox adlı-sanlı restoranlarında mühafizəçilər “dörd gözlə” çalışırlar. Obyekt sahiblərinə xəbərdarlıq olunub ki, diqqətli olsunlar, növbəti belə xəta ağır cəza ilə nəticələnəcək.
Müştərilərə qarşı həssas davranmaq, onların sifarişlərini vaxtında çatdırmaq və ünsiyyətdə daha etik olmaq əmr olunub.
Xatırladaq ki, “Oazis”də baş verən kütləvi dava nəticəsində həm müştəri, həm də xidmət personalı tərəfindən ciddi xəsarət alanlar olub. Qarşıdurmada bıçaqlananlar və həbs edilənlər var.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama