Qırmızı.az
Bal sərgisinin vaxtı bəlli oldu
Oktyabrda Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, satış-yarmarka oktyabrın 1-dən 30-dək keçiriləcək.
"Arıçılıq haqqında" qanuna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2014-cü il oktyabr ayının 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun "28 may" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil edəcək.
Qeyd edək ki, sərgi-satış yarmarkasının açılışı həmin gün saat 12:00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr
ayının 10-dan 25-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə
yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil
verməlidirlər.
Nazirlikdən verilən məlumata görə, iştirakçılar şəxsiyyət vəsiqəsi,
arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon Baytarlıq
İdarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş
arıçılıq məhsullarının zona Baytarlıq Laboratoriyasında müayinəsi
haqqında ekspertiza sənədi təqdim etməlidirlər.
Ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika
Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada
satışa çıxarılacaqdır. Həmçinin, sentyabr 29-da arıçılığa həsr
edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda
şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması
keçiriləcək.
Gülxar
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb