Qırmızı.az
Azərbaycanlı meri öldürən silah aşkarlanıb
Ukraynanın Poltava bölgəsinin Kremençuq şəhərinin
Azərbaycan əsilli meri Oleq Babayevi güllələyərkən istifadə olunan
silah Kremençuq rayonunun Rakitne kəndində
aşkarlayıblar.
ANS PRESS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin
Poltava şöbəsindən xəbər verirlər. Poltava milisinin xəbərinə görə
silahın gizlədildiyi yeri, sifarişli qətldə vasitəçilikdə şübhəli
bilinənlərdən biri deyib.
Hazırda işlə bağlı istintaq və ekspert araşdırmaları davam edir.
Xatırladaq ki, DİN Oleq Babayevin qətlinin sifarişçisindən əlavə 4
şübhəli saxlayıb. Onun qətli “Bir qrup şəxsə sifariş olunan, qəsdən
adam öldürmə” maddəsi ilə araşdırılır.
Xəbər verdiyimiz kimi, Ukraynanın Poltava vilayətinin Kremençuk
şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin
qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə
keçinib.
O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun
atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna
vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı,
dəri emalı biznesi ilə məşğul olub.
O.Babayevin idman kariyerası da olub. O cüdo üzrə idman ustası,
2003-cü ilin oktyabrından "Kremen", 2005-ci ilin aprelindən isə
"Vorskla" futbol klublarının prezidenti idi.
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi