Qırmızı.az
Dövlət qulluğuna elan olunmuş müsabiqə başa çatdı
1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) 90 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 933 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.
DQMK-dan Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2427-si (32,96%) qadın namizəd olmaqla 7364 namizəd qeydə alınıb. Onların 75,62%-ni gənclər təşkil edib.
Namizədlərdən 2611 nəfəri (bütün namizədlərin 35,46%-i) test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 387-si (29,23%) qadın namizəd olmaqla 1371 nəfəri (bütün namizədlərin 18,62%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 78,77%-ni gənc namizədlər təşkil edib.
Müsabiqənin müsahibə mərhələsi 12 iyun – 10 sentyabr 2014-cü il tarixdə keçirilib.
Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1157 namizəddən 111 nəfəri müsahibədə iştirak etməyib, 2 nəfər isə müsahibədə iştirak etməkdən imtina edib. Namizədlərdən 395-i müsahibədən uğurla keçib, 649-u vəzifəyə uyğun hesab edilməyib.
Müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə dövlət orqanlarına göndərilib.
Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
Dövlət Statistika Komitəsi – (65%) müsahibə üzrə qeydə alınmış
46 namizəddən 30-u;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – (48%) müsahibə üzrə
qeydə alınmış 69 namizəddən 33-ü;
Gənclər və İdman Nazirliyi – (46%) müsahibə üzrə qeydə alınmış 41
namizəddən 19-u;
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi – (44%) müsahibə üzrə qeydə alınmış 70 namizəddən
31-i;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – (44%) müsahibə üzrə qeydə
alınmış 25 namizəddən 11-i;
İqtisadiyyat və Sənaye Nazirliyi – (41%) müsahibə üzrə qeydə
alınmış 75 namizəddən 31-i;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – (39%) müsahibə üzrə qeydə
alınmış 28 namizəddən 11-i.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü