Qırmızı.az
Vəkil həbs edildi
Vəkil Mənsum Bayramovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğu bilinib. Məhkəmədən “Media forum” saytına deyiblər ki, iş sentyabrın 2-də daxil olub, həbs qətimkan tədbiri seçilən iclas qapalı keçirilib, Mənsum Bayramovu prosesdə dövlətin tutduğu vəkil Ramiz Mirzəyev müdafiə edib.
Yasamal Rayon Məhkəməsinin əməkdaşı Bakı İstintaq Təcridxanasında
saxlanan Mənsum Bayramovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə
ittiham olunduğunu açıqlamayıb.
Məlum olub ki, Vəkillər Kollegiyası Mənsum Bayramovun vəkillik
fəaliyyətini dayandırıb. Bu qərar vəkilin cinayət işinin istintaqı
ilə bağlıdır.
Vəkillər Kollegiyasından bildiriblər ki, Mənsum Bayramov
kollegiyanın üzvü olaraq qalır, onun vəkillik fəaliyyətinə xitam
verilməyib, söhbət yalnız vəkillik fəaliyyətinin dayandırılmasından
gedir. Mənsum Bayramov uzun illər AXCP Ali Məclisi Rəyasət
Heyətinin üzvü olub. 49 yaşlı Mənsum Bayramov Bakı Dövlət
Universitetinin məzunudur. 2007-ci ildən Vəkillər Kollegiyasının
üzvüdür.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO