Qırmızı.az
Nazirlik Litva ilə təcrübə mübadiləsi aparacaq
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti sentyabrın 15-dən 19-dək Litva Respublikasında səfərdə olacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə səfərdə məqsəd bu ölkənin tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaqdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq edəcəyi heyət səfər çərçivəsində Litvanın aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə əlilliyi olan şəxslərə dair qanunvericilik bazaları, bərpa-müalicə və reabilitasiya sisteminin təkmilləşdirilməsi, reabilitasiyanın tibbi modelindən sosial modelinə keçid prosesi ilə bağlı məlumat mübadiləsi aparılacaq. Nümayəndə heyəti səfər müddətində Litvanın əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək qabiliyyətinin bərpası, psixososial reabilitasiya, uşaqların tibbi bərpası və s. üzrə tanınmış müəssisələrinin iş təcrübəsi, sosial reabilitasiya xarakterli praktikalar, habelə belə şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərlə yaxından tanış olacaqlar.
Qeyd edək ki, adıgedən Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və müvafiq təcrübə mübadilələrinin aparılması nəzərdə tutulur.
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı