Sankt-Peterburqda oğru “sxodka”sı dağıdıldı
Bizi izləyin

Qırmızı.az

Sankt-Peterburqda oğru “sxodka”sı dağıdıldı

Dünən axşam kriminalitet Sankt-Peterburqda “sxodka” keçirməyə cəhd edib.

Lakin Rusiya Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları və SOBR (xüsusi təyinatlı polis dəstəsi) Lomonosov küçəsindəki kafelərdən birndə keçirilən toplantını dağıdıblar.

Toplaşanlar həbs olunaraq ərazi üzrə yerli polis şöbəsinə aparılıblar. Onların hamısının barmaq izləri çıxarılıb və törədilmiş hər hansı cinayətlə bağlılıqlarının olub-olmadıqları yoxlanılıb. Axtarış zamanı saxlanılanların üzərindən qadağan olunmuş əşyalar çıxmayıb. Sonradan onların hamısı evə buraxılıb.

Saxlanılanlar arasında 48 yaşlı qanuni oğru Konstantin Naybauer (ləqəbi Kostya Kanski) və 40 yaşlı “vor zakon” Aleksey Qudına( ləqəbi Lyoxa İrkutski) da olub.

Lyoxa İrkutski Sankt-Peterburqda daimi yaşayır. Kostya Kanski isə şöbədən buraxılan kimi şəhəri tərk edib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm