Qırmızı.az
Bu gün Azərbaycanda Bilik Günüdür - Fotolar
Bu gün Azərbaycanda Bilik Günüdür. Publika.az-ın məlumatına görə, 2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq.
Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinfə gedir.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.
Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.
-
Nida Xəbər 03:13
Qazaxın Qızılhacılı kəndindən yeni GÖRÜNTÜLƏR - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO