Qırmızı.az
ADA Universiteti Şərəf Andı içdi
Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) yeni
dərs ilinin başlaması ilə əlaqədar artıq ənənəyə çevrilmiş rəmzi
andiçmə mərasimi keçirilib. Ənənələrinə sadiq qalan ADA əməkdaşları
və tələbələr növbəti dəfə Şərəf Andı içiblər.
Belə ki, bu il ADA Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə qəbul olunmuş yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf Andı içib və ADA-nın rektoru, səfir Hafiz Paşayev və Universitetin dekanları tərəfindən “İnam Rəmzi” hesab edilən ADA medalları ilə təltif olunublar.
Publika.az-ın məlumatına görə, bu il ADA Universitetinə daxil olan tələbələrdən 425-i bakalavriat, 129-u magistratura proqramları üzrə qəbul edilib. Bundan başqa, bu il ADA Universitetində mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir daha
sonra ADA-da təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin
bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.
Tədbir zamanı ADA tələbələri tərəfindən hazırlanmış video nümayiş
etdirilib, Şərəf Kodeksinin və Şərəf Andının əhəmiyyəti ətrafında
çıxışlar edilib.
Tədbir ADA-nın rektoru H.Paşayevin nitqi və ADA-nın himninin
səsləndirilməsi ilə tamamlanıb.
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı