Hava proqnozu - 16 sentyabr
Bizi izləyin

Qırmızı.az

Hava proqnozu - 16 sentyabr

Yaxın günlərdə Azərbaycan ərazisində havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək, dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə ilkin xəbərdarlıq yayıb.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sentyabrın 16-dan 17-nə keçən gecədən respublikanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Şimal-qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm