Qırmızı.az
Oğrular dava saldı: 30 nəfər həbs olundu
Braziliyanın Rio-de-Janeyro şəhərində - məşhur İpanema çimərliyində kütləvi dava baş verib. Bir qədər qəribə görünsə də, kütləvi qarşıdurmanın səbəbkarı məhz oğrular olub.
Belə ki, dava oğru olduğu ehtimal edilən şəxslərlə çimərliyə
gələnlər arasında qeydə alınıb. Dava iğtişaşlara çevrildikdə
çimərliyə təhlükəsizlik qüvvələri cəlb olunub. Polis dava edən
tərəfləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
Çimərliyə gələnlərin çantalarını və mobil telefonlarını oğurlamaqda
şübhəli bilinən 30 nəfər həbs edilib.
Publika.az-ın "Associated Press"ə istinadən məlumatına görə,
şahidlər bildiriblər ki, həmin şəxslərin bir qismi öz çantalarını
götürərək, çimərlikdən qaçmağa başlayıb və bununla panika
yaradaraq, başqalarının da öz əşyalarını qoyaraq qaçmasına səbəb
olub. Dəstənin digər üzvləri isə nəzarətsiz çantaları
oğurlayıblar.
Rio-de-Janeyro administrasiyası İponema və digər çimərliklərdə
asayişi qorumaq üçün 650-yə yaxın polis cəlb edib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi