Qırmızı.az
Hərbi komissarın cəzası azaldıldı
Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Feyzi Ağabəyovun apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, onun şikayəti qismən təmin edilib və cəzası 3 il 6 aya endirilib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ağabəyov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Muxtarova isə 4 il sınaq müddəti ilə 8 il 6 ay şərti cəza verilib.
Xatırladaq ki, adıçəkilən şəxslər ötən ilin aprelində həbs olunublar.
Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.
Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü