Qırmızı.az
Əsgərlərimizə milli yeməklər veriləcək - FOTOLAR
Qablaşdırılmış hazır milli yeməklərin və yenilənmiş quru ərzaq dəstinin ilk nümunələri keçirilən irimiqyaslı təlimin şəxsi heyətinə verilib.
Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin
yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması
məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx
işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan
yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini
göstərib. Hərbi hissələr yeməkxana-mətbəx avadanlıqları, o cümlədən
ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik
tavaları, elektrik və qaz plitələri ilə təmin edilib və hazırda
yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət
daha da artırılıb.
Lakin ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli,
əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq
tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar
şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər
yaranır. Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi
heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi
planlaşdırılaraq həyata keçirilir.
Belə ki, artıq ilk olaraq bir nəfər üçün 1 porsiyası 500-550
qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous
şorbaları və 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və
qarışıq dolmalar hazırlanıb. Bununla da, qısa bir müdətdə
qeyri-stasionar şəraitdə yerləşən şəxsi heyətin gücləndirilmiş
kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi
məsələsi öz həllini tapıb.
Bundan əlavə, ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli,
əlverişsiz, yüksək dağ şəraitlərində, həmçinin içməli su mənbəyi
olmayan yerlərdə xidmət edən, eləcə də döyüş şəraitində hesab
olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi
qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində
bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 lt, içmək üçün yay
mövsümündə 2 lt, qış mövsümündə isə 1 lt qablaşdırılmış su
verilir.
Qeyd edək ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra
şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun
enerji dəyərinin artırılması məqsədi ilə Nazirlər Kabinetinin
müvafiq qərarı və Müdafiə nazirinin əmri ilə ərzaq payı normalarına
150 qr. ciyər paşteti və 100 qr. qatılaşdırılmış şəkərli süd əlavə
edilib.
Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dən
4000 kkal-dək artırılıb.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO