Qırmızı.az
Azərbaycanda Ebola həyəcanı: 8 müraciət
Bu vaxta qədər Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının “qaynar xətti”nə Ebola virusu ilə bağlı 8 müraciət olub.
Bu barədə Publika.az-a Stansiyanın direktor müavini Şaiq Qurbanov məlumat verib.
Ş.Qurbanov bildirdi ki, “qaynar xətti” yaranandan bu günə kimi 8 müraciətin olması çox deyil.
“Virusla bağlı məlumatlardan təşvişə düşənlər zəng edərək bu xəstəliyə yoluxub-yoluxmadıqlarını öyrənmək istəyirlər. Onlar əsasən, hərarətləri olduqları üçün bu virusa yoluxduqlarından şübhələnirlər. Həmin şəxslərə izah edirik ki, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Artıq havalar soyuyur, qrip və soyuqdəymə halları artacaq. Bu da insanlarda Ebola təhlükəsi ilə bağlı təşviş yarada bilər”.
Ş.Qurbanov bildirib ki, Ebola virusunun Azərbaycana keçmə ehtimalı yoxdur. Çünki Azərbaycanın xəstəliyin qeydə alındığı ölkələrlə əlaqəsi zəifdir.
“Ola bilər ki, o ölkələrdə Azərbaycanda bir-iki nəfər gəlsin. Amma sərhəd-keçid məntəqələrində Dövlət Karantin Müfəttişliyi tərəfindən nəzarət gücləndirilib. Ölkəyə gələnlərdə temperatur aşkarlandığı halda həkim nəzarəti həyata keçirilir. Qaydalara görə, ölkəyə gələnlər hər gün yaşadıqları ərazidəki poliklinikaya gedib həkim nəzarətindən keçməlidir, gündə iki dəfə hərarəti ölçülməlidir. Bu vaxta qədər ölkəyə gələnlərdə şübhəli əlamətlər qeyd alınmayıb”.
Xatırladaq ki, Ebola virusu Qərbi Afrikada yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Ebola Afrikada 2400 nəfərin ölümünə səbəb olub, 4784 nəfər xəstəliyə yoluxub.
Gülxar
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...