Qırmızı.az
Nazir Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimində - FOTOLAR
Sentyabrın 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, müdafiə naziri təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
Sonra Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinqlə çıxış ediblər.
Təlimlərin əhəmiyyətini vurğulayan Müdafiə naziri bunun tarixi bir hadisə oluğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını bir daha xatırlayaraq Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib. "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır", deyə Müdafiə naziri birgə təlimlərin hazırlanması və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra təlim iştirakçılarına və Müdafiə Nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim edilib.
Sonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirilməsi şərəfinə ənənəyə uyğun olaraq qurban kəsilib.
Təlimlər davam edir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi