Qırmızı.az
Bakı Yol Polisindən tıxac probleminə çarə
Bakıda avtomobil yollarında təhlükəsizliyin təmini, tıxacların aradan qaldırılması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi təkliflər paketi hazırlayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov Publika.az-a bildirib ki, təkliflər ictimai nəqliyyat, avtomobillərin park edilməsi, bəzi yollarda daha müasir işıqforların quraşdırılması və s. məsələlərlə bağlıdır.
Hazırda təkliflər paketinə Nəqliyyat Nazirliyində baxıldığını deyən rəis müavini bildirib ki, irəli sürülən təkliflər reallaşdıqdan sonra, paytaxtın nəqliyyat sahəsindəki problemlərin böyük qismi həllini tapacaq.
Həmçinin bu təkliflər paytaxtın tıxac probleminə də töhfəsini verəcək.
Bakıda günün pik saatlarında müşahidə olunan tıxacların yaranmasında sürücülərin məsuliyyət daşıdığını vurğulayan rəis müavini sürücülərə müraciət edərək avtomobilləri idarə edərkən təmkinli olmağa, digər avtomobillərin düzgün hərəkətinə mane olmamağa çağırıb.
Son vaxtlar baş verən ağır yol qəzalarına toxunan Q.Qələndərov qəzaların bir qisminin avtomobillərin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verdiyini bildirib.
“Əksər avto-nəqliyyat hadisələri sürücülərin sərxoş olduğu halda baş verir. Bu da əksər hallarda insan itkisi ilə nəticələnir. Sürücülər öz həyatları kimi, digər insanların da həyatını təhlükə altına qoymamalı, içkili vəziyyətdə avtomobil idarə etməməlidirlər”.
Amid Əyyuboğlu
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO