Qırmızı.az
Son illər Azərbaycanda ruhi xəstələrin sayı çoxalır
Azərbaycanda ambulator müayinə üçün evə buraxılan psixi xəstələrin sayı 9 minə yaxındır. İlin sonuna kimi bu rəqəmin artacağı gözlənilir.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin 1 saylı Ruhi-Əsəb Dispanserinin baş həkimi Ağahəsən Rəsulov deyib. Onun sözlərinə görə, hazırda da bu iş icra olunur və xeyli sayda xəstə müəyyən qədər sağaldıqdan sonra psixi sağlamlıq mərkəzinin icazəsi ilə evə buraxılır.
“2007-ci ildə evə yazılan ruhi xəstələrin sayı 630 nəfər olmuşdusa, 2013-cü ildə bu rəqəm onların sayı 8800-ə çatıb, bu il isə bundan bir qədər artıq olacağı gözlənilir”.
Baş həkim son illər Azərbaycanda ruhi xəstələrin sayının çoxaldığını bildirib.
Baş həkim deyib ki, evə buraxılan xəstələrin əksəriyyətini xanımlar təşkil edir:
“Xanımlar kişilərə nisbətən, fiziki cəhətdən bir qədər zəif olduğu üçün bu cinsin nümayəndələrinə daha çox üstünlük verilir. Amma buna baxmayaraq, kişilər də evə buraxılır”.
Onun sözlərin görə, ruhi xəstələr üçün dispanserdə hər bir şərait yaradılıb və standartlara uyğun qida məhsulları ilə təmin olunur: “Hazırda rəhbəri olduğum qurumda 1990 xəstə müalicə alır. Onlar hər gün dolma, sup, düyü, yumurta, meyvə şirəsi və digər qidalarla təmin edilir”.
Amid
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO